Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina TİKİLƏCƏK

11:19 15.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina tikilib təhvil veriləcək.

Hafta.az xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, sözügedən binaların artıq tikintisinə başlanılıb:

"800-dən çox mənzil istifadəyə veriləcək və 3 minə yaxın insan bu mənzillərə köçürüləcək. İşlər tender əsasında həyata keçirilir. Hazırda 22 binanın tikintisini “Kristal Construction” həyata keçirir”.

O, vurğulayıb ki, indiyə qədər Şuşaya 1411 nəfər köçürülüb və ümumilikdə ikinci qayıdış planına qədər 8 min nəfərin köçürülməsi planlaşdırılır.

Aydın Kərimov qeyd edib ki, Şuşaya səfər edənlərin sayı artmaqda davam edir:

"Bu il ərzində Şuşaya 430 min turist səfər edib və 23 min nəfər gecələyib".